ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İsrail, Livan və “Hizbullah” hərəkatı arasında tam atəşkəs gözlədiyini bildirib.
Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
ABŞ liderinin sözlərinə görə, Vaşinqton bütün cəbhələrdə atəşin dayandırılmasını gözləyir.
Tramp qeyd edib ki, Birləşmiş Ştatlar sülhə sadiqdir və Yaxın Şərqdə danışıqlar prosesinin uğurla irəliləməsi üçün bütün tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.
O, regiondakı tərəfləri razılaşmaların icrası istiqamətində məsuliyyətli davranmağa çağırıb.

