ABŞ kəşfiyyat xidmətləri və diplomatik korpusunun “Havana sindromu”ndan zərər çəkmiş əməkdaşlarına ümumilikdə təxminən 3 milyon dollar kompensasiya ödənilib.
Pentaqonun məlumatına görə, ödənişlər nevroloji hücumların amerikalı qurbanlarına yardım haqqında HAVANA Aktı çərçivəsində həyata keçirilib və bu sahədə ilk kompensasiyalar hesab olunur.
ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilib:
“Nazirlik zərər çəkmiş əməkdaşlara yardım göstərilməsini prioritet hesab edir və təxminən 3 milyon dollar kompensasiya ödəyib. Bunlar HAVANA Aktı çərçivəsində hər hansı prezident administrasiyası dövründə həyata keçirilən ilk ödənişlərdir.”
Pentaqon həmçinin anomal tibbi hadisələr üzrə qrupun bazasında istiqamətləndirilmiş enerjinin bioloji təsirlərini araşdırmaq üçün xüsusi funksiyalararası işçi qrup yaradıldığını açıqlayıb.
Nazirlik bundan sonra da araşdırmalarda şəffaflığa və elmi etibarlılığa üstünlük veriləcəyini, zərər çəkənlərə göstərilən tibbi yardımın yaxşılaşdırılacağını bildirib.

