İraqda fəaliyyət göstərən İran dəstəkli “İraqda İslami Müqavimət” adlı şiə milis qrupu ABŞ Prezidenti Donald Trampın başına pul mükafatı qoyduğunu açıqlayıb.
Qrupun yaydığı yazılı açıqlamada Trampı öldürən şəxs və ya şəxslərə 10 milyon dollar mükafat veriləcəyi bildirilib.
Məlumata görə, həmin məbləğin qrupun tərəfdarlarından toplanan ianələr hesabına ödəniləcəyi qeyd olunub.
Açıqlamanın İraq Baş naziri Əli əz-Zeydinin ABŞ-a ilk xarici səfəri çərçivəsində keçirdiyi görüşlər zamanı yayılması diqqət çəkib.

