ABŞ Pentaqonu Ukraynaya 400 milyon dollar həcmində hərbi yardım ayırıb.
Bu barədə ABŞ müdafiə naziri Pit Heqset Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
Məlumatı "Kyiv Post" yayıb.
Nazirin sözlərinə görə, vəsaitlər “dünənə olan vəziyyətə görə ayrılıb”. Qeyd olunur ki, bu qərar yardımın gecikməsi ilə bağlı bir neçə həftə davam edən təzyiqlərdən sonra qəbul edilib.
Məsələ Pentaqonun 2027-ci maliyyə ili üçün büdcə layihəsinin müzakirəsi zamanı gündəmə gətirilib. Qanunvericilər Müdafiə Nazirliyindən Konqres tərəfindən təsdiqlənmiş yardımın niyə indiyədək təqdim olunmadığını izah etməyi tələb ediblər.

