ABŞ-ın Fort Lauderdale-Hollywood Beynəlxalq Hava Limanında "JetBlue Airways"-ə məxsus sərnişin təyyarəsinin təkər yuvasında iki nəfərin cəsədi tapılıb.
Den.az xarici mətbuata istinadla xəbər verir ki, təyyarə bazar ertəsi gecə Nyu-Yorkun Con Kennedi Beynəlxalq Hava Limanına eniş etdikdən sonra adi müayinə zamanı eniş şassisində iki cəsəd aşkar edilib.
JetBlue Hava Yolları hadisəni "ürək parçalayan bir vəziyyət" olaraq xarakterizə edib və ölən şəxslərin təyyarəyə necə daxil olduqlarını öyrənmək üçün araşdırmaların davam etdiyini bildirib. Təyyarə sonuncu dəfə "1801" reysi ilə uçaraq Nyu-Yorkdan Fort Lauderdale-ə çatıb.
Meyitlərin ölüm səbəbləri təyin edilməsi üçün yarılma aparılacaq.Milli.az
Təyyarənin təkərində iki meyit tapıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.