İyunun 5-i saat 11:00-dan etibarən birinci sinfə elektron qəbul çərçivəsində Bakı, Abşeron, Gəncə və Sumqayıt məktəblərində qalan yerlərə sərbəst seçim mərhələsi başlayacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, daha əvvəl həmin məktəblərdə prioritet qəbul hüququ tətbiq olunurdu. Lakin göstərilən tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi zamanı prioritet hüququ nəzərə alınmayacaq.
Beləliklə, valideynlər qalan yerlər üzrə məktəb və müəllim seçimini prioritetsiz qaydada edə biləcəklər.
Prioritet hüququnun tətbiq olunduğu məktəblərin siyahısı mektebeqebul.edu.az saytında yerləşdirilib.

