Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 2026/2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanlarının tarixlərini açıqlayıb.
Bu barədə agentlikdən məlumat verilib.
Bildirilib ki, namizədlər iyulun 10-da şəxsi kabinetlərinə daxil olaraq imtahanın tarixi, saatı və keçiriləcəyi yer barədə məlumat əldə edə biləcəklər.
Test imtahanları 14-18 iyul tarixlərində Azərbaycanın 19 şəhərində yerləşən 38 imtahan mərkəzində keçiriləcək.

