Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin ikinci günü başa çatıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Balakəndə İmadəddin Nəsimi adına 2 nömrəli tam orta məktəbdə internetin işində yaranan texniki nasazlıq səbəbindən 41 namizəd imtahanı davam etdirə bilməyib.
Agentlikdən qeyd olunub ki, nasazlığın səbəbi operativ şəkildə araşdırılıb və növbəti günlərdə imtahanların fasiləsiz keçirilməsi üçün tədbirlər görülüb.
Texniki nasazlıqla üzləşən namizədlər üçün təkrar imtahan 18 iyulda keçiriləcək. Bununla bağlı müvafiq bildiriş onların şəxsi kabinetlərinə göndəriləcək.

