Türkiyədə fəaliyyət göstərən xarici siyasət üzrə mütəxəssis Səid Yılmaz bildirib ki, Qərbin Gürcüstan üzərindən Rusiyaya qarşı “ikinci cəbhəni” açmaq planları var. Bu, Qafqazın yeni poliqon olması deməkdir. Bölgədə 50-ə yaxın “dövlət” yarana bilər. Bəs görəsən, Rusiyaya qarşı "ikinci cəbhə"ni açmaq mümkündürmü? Ümumiyyətlə, "Cənubi Qafqaz"ın müharibə poliqonuna çevrilməsi və regionda yeni dövlətlərin yaranması ehtimalı nə dərəcədə realdır?
Mövzunu "Den.az"a şərh edən politoloq Xəyal Bəşirov bildirib ki, zaman-zaman "Parçala və hökmranlıq" et siyasətinin prinsiplərinə uyğun olaraq belə şərhlər verilir:
"ABŞ və Qərb dünyadakı ölkələrin daha kiçik dövlətlərə parçalanmasına və bu yolla onların asan idarə olunmasına çalışır. Bu gün də eyni siyasət yürüdülür. Birinci və İkinci Dünya Müharibəsindən sonra imperiyaların və böyük dövlətlərin parçalanmasının şahidi olduq və ondan sonra dünyanı idarə etmək üçün çox münbit şərait yarandı. Amma o zaman Sovet imperiyası var idi. Sovet İttifaqının dağılmasından sonra isə 15 müstəqil dövlət ayrıldı. Şərqi Avropada müstəqil dövlətlər yarandı. Yuqoslaviyanın parçalanması baş verdi. Bu proseslər həmişə davam edib. İndi isə dünyada hibrid müharibələr baş verir. Daxili proseslərə qarışmaq siyasəti ondan xəbər verir ki, Üçüncü Dünya Müharibəsi adlandırılan yeni siyasi düzənin formalaşması prosesinə başlanılıb. Bura çoxlu sayda dövlətləri aid edə bilərik. İranla aparılan müharibənin nəticəsi də buna hesablanıb. Yəni İranı bir neçə dövlətə parçalamaq istəyirlər. Yaxın Şərqdəki proseslər də bir sıra ölkələrin parçalanmasını və yeni dövlətlərin yaradılmasını özündə ehtiva edir. Rusiyanın parçalanmasına gəlincə, bunu Sovet İttifaqı dağılandan sonra edə bilərdilər. Amma nədənsə buna üstünlük verilmədi. Rusiya ərazi vahidlərində çoxlu sayda dövlətlər yarana bilərdi ki, onların müstəqil olması təhlükəyə çevrilərdi. Nüvə silahların ayrı-ayrı subyektlərin əlində cəmləşməsi də problemlər yarada bilərdi. Hazırki mərhələdə Rusiyanın parçalanma planının olduğunu düşünmürəm. Sadəcə olaraq Qərbə zəifləmiş və əldən düşmüş Rusiya lazımdır. Rusiyanın parçalanması Çinin güclənməsinə səbəb ola bilər. Qərb isə bunu istəmir. Cənubi Qafqazda Rusiyaya qarşı cəhbənin açılması elə Putin hökumətinin zəiflədilməsinə hesablanıb. Gürcüstan Ukrayna kimi Rusiya üçün çox əhəmiyyətli ərazidir. Qara dəniz vasitəsilə dünya okenına çıxmaq baxımından Gürcüstan çox əhəmiyyətli bir rola malikdir. Düşünürəm ki, Gürcüstanda faktiki olaraq Rusiya-Qərb mübarizəsi gedir. Amma gələcəkdə kimin güc gəlməsindən asılı olaraq proseslər qanlı olaylarla müşayiət edilə bilər. Bu da Azərbaycan üçün çox narahatedici məqamdır. Çünki Gürcüstan bizim qonşumuzdur, müttəfiqimizdir və Cənubi Qafqazın bir parçasıdır. Biz isə regionda sülh istəyən bir dövlətik. Ona görə də, Gürcüstanda xalqın iradəsinə tabe olan bir hökumətin formalaşmasının tərəfdarıyıq. Bunu da xalq seçki yolu ilə həyata keçirib. Düşünürəm ki, proseslər gələcəkdə Rusiya və Qərb arasında daha ciddi insidentlərə gətirib çıxara bilər. Bu, Gürcüstan ərazisində vətəndaş müharibəsinə də çevrilə bilər".
Günəş Fərəh
Den.az
"Bu, Rusiya və Qərb arasında daha ciddi insidentlərə gətirib çıxara bilər" - Detallar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.