Türkiyənin maliyyə qurumları Rusiyaya qarşı hazırlanan 19-cu sanksiya paketi fonunda Avropa İttifaqının təzyiqi ilə üzləşə bilər.
DenMedia.az xəbər verir ki, bu barədə RIA Novosti Türkiyənin dövlət maliyyə sektorundakı mənbəyə istinadla xəbər verir.
Mənbənin sözlərinə görə, Ankara son zamanlar Brüsseldən dolayı siqnallar alır — bu siqnallar Aİ-nin Moskva ilə əlaqəli maliyyə əməliyyatlarına nəzarəti gücləndirə biləcəyinə işarə edir.
“Bu səbəbdən Türkiyənin biznes dairələri komplayens risklərinin artmasına və əlavə yoxlamalara hazır olmalıdır,” — deyə agentliyin müsahibi vurğulayıb.

