Seysmoloqlar Kamçatka yaxınlığında 5 bal gücündə yeraltı təkan qeydə alıblar.
Denmedia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən bildirilib.
Bildirilir ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 107 kilometr məsafədə 33.2 km dərinlikdə yerləşib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsinin məlumatına görə, Petropavlovsk-Kamçatskda yeraltı təkanın gücü 2-3 bal civarında olub.

