İtaliyada yoxsulluq səviyyəsi Baş nazir Corca Meloninin kabineti dövründə son on ilin maksimum həddinə çatıb.
DenMedia.az xəbər verir ki, bu barədə RIA Novosti İtaliya hökumət orqanlarının və statistika xidmətinin məlumatlarına istinadla xəbər verir.
Məlumatlara görə, Meloninin hakimiyyəti dövründə ölkədə “mütləq yoxsulluq” göstəricisi artıb. Hazırda əhalinin 9,8%-i — yəni hər on ailədən biri — əsas mallar və xidmətləri mövcud qiymətlərlə ala bilmir. Bu göstərici 2014-cü ildən bəri ən yüksək səviyyə hesab olunur.
Nisbi yoxsulluq səviyyəsi — yəni ailənin istehlak xərclərinin yoxsulluq həddindən aşağı olması göstəricisi — son üç ildə 14,9%-ə yüksəlib, bu da 2017-ci ildən bəri ən yüksək nəticədir.
Bundan əlavə, ölkədə maaşlar da azalır: son üç ildə real gəlirlər 4,3% aşağı düşüb.

