Amerika korporasiyası Amazon 30 minə qədər əməkdaşını işdən azad etməyi planlaşdırır.
DenMedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadla məlumat yayıb.
Bu ixtisar 2022-ci ilin sonundan bəri şirkətdə həyata keçirilən ən böyük kadr azaldılması olacaq.
Eyni zamanda agentlik qeyd edir ki, işdən çıxarılanların sayı ümumi işçi heyətinin cüzi hissəsini təşkil edəcək — hazırda Amazon-da 1,55 milyon nəfər çalışır.
“Amazon 30 minə qədər korporativ iş yerini azaltmağı planlaşdırır,” — deyə xəbərdə bildirilir.

