Kamerunun 92 yaşlı prezidenti Pol Biya səkkizinci müddətə yenidən seçilib.
DenMedia.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) rəsmi seçki nəticələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Biya seçicilərin 53,66 faiz səsini toplayıb və beləliklə 99 yaşınadək hakimiyyətdə qalacaq.
Pol Biya dünyanın ən yaşlı prezidenti sayılır və hakimiyyətdə qalma müddətinə görə dünyada ikinci yeri tutur — yalnız Ekvatorial Qvineya prezidenti Teodoro Obiang Nguema Mbasogo onu qabaqlayır.
Seçki nəticələrinin elanından sonra ölkədə kütləvi etirazlar baş qaldırıb. ABC Newsun məlumatına görə, Duala şəhərində polis nümayişçilərə atəş açıb, ən azı dörd nəfər ölüb, yüzdən çox insan saxlanılıb.

