Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığında onu Venesuelada daha böyük sabitliyin pozulmasına səbəb ola biləcək addımlar atmaqdan çəkinməyə çağırdığını bildirib. Bu barədə Associated Press məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, Ərdoğan televiziya ilə çıxışında Türkiyənin siyasi hakimiyyətin legitimliyini və ya beynəlxalq hüququ pozan hərəkətləri dəstəkləmədiyini vurğulayıb və bu cür addımların riskli olduğunu, qlobal səviyyədə ciddi fəsadlara yol aça biləcəyini bildirib.
“Türkiyə və türk xalqı dost Venesuela xalqını rifah, sülh və inkişaf uğrunda mübarizəsində dəstəkləməyə davam edəcək”, – deyə Ərdoğan qeyd edib.
Ankaranın Karakasla sıx əlaqələr saxladığı vurğulanır. Hazırda ABŞ-da saxlanılan Venesuela prezidenti Nikolas Maduro bir neçə dəfə Türkiyəyə səfər edib.

