Türkiyə Ukrayna böhranının sülh yolu ilə həllinə dair bütün diplomatik imkanlarını səfərbər edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Macarıstanın baş naziri Viktor Orbanla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib, xəbər verir DenMedia.az.
Ərdoğan qeyd edib ki, Ankara bu istiqamətdə atılan addımları davam etdirmək niyyətindədir.
“Türkiyə tərəflər arasında ədalətli və davamlı sülhün təmin edilməsi üçün bütün diplomatik imkanlarını səfərbər edib. Bu istiqamətdə atdığımız addımlar bütün dünya ictimaiyyətinə məlumdur,” — deyə Ərdoğan bildirib.
Türkiyə lideri həmçinin əminliyini ifadə edib ki, Macarıstan Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlüyü prosesinə bundan sonra da konstruktiv dəstək verməyə davam edəcək. O vurğulayıb ki, Aİ-yə üzvlük ölkə üçün strateji hədəfdir.

