Azərbaycan və bir sıra digər ölkələr Qəzzə üzrə Sülh Şurasının büdcəsinə 7 milyard dollardan çox vəsait ayırıb.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında bildirib.
Onun sözlərinə görə, Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt bu böyük yardım paketinə qoşulub. Tramp göstərilən dəstəyə görə ölkələrə təşəkkür edib və təşəbbüsü “möhtəşəm” adlandırıb.
ABŞ Prezidenti qeyd edib ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi 2 milyard dollar vəsait toplayacaq, Yaponiya isə iri həcmli xeyriyyə kampaniyası təşkil edəcək. Onun sözlərinə görə, Çin və Rusiyanın da iştirakı gözlənilir ki, bütün tərəflərin birləşməsi maksimum effekt versin.
Tramp əlavə edib ki, ABŞ 10 milyard dollar ayıracaq, FIFA isə 75 milyon dollar vəsaitin toplanmasına kömək edəcək.

