Donald Tramp bildirib ki, “Sülh Şurası”na daxil olan ölkələr Qəzza sektorunun ehtiyacları üçün 5 milyard dollardan çox vəsait ayırmağa söz veriblər.
ABŞ Prezidenti bu barədə özünün Truth Social hesabında yazıb.
“19 fevral 2026-cı ildə biz yenidən Sülh Şurasını toplayacağıq. İştirakçıların Qəzzanın humanitar ehtiyacları və bərpası üçün 5 milyard dollardan çox vəsait ayırmağa söz verdiyini elan edəcəyik.”
Trampın sözlərinə görə, bir sıra ölkələr Fələstin anklavında asayişin qorunması üçün minlərlə hərbçi və polis göndərməyə hazır olduqlarını bildiriblər.
O, həmçinin HƏMAS hərəkatını dərhal tam silahsızlanmaya çağırıb.
“Sülh Şurası tarixdə ən nüfuzlu beynəlxalq qurum olacaq. Ona sədrlik etmək mənim üçün şərəfdir”, – deyə Tramp əlavə edib.

