Kiyev hazırda tələb olunan elektrik enerjisinin yalnız təxminən yarısına malikdir və 2022-ci ilin fevralından bəri ən ağır enerji böhranını yaşayır. Bunu Ukrayna paytaxtının meri Vitaliy Kliçko Reuters agentliyinə müsahibəsində bildirib. O, infrastruktur üzərində yükü azaltmaq üçün şəhər sakinlərini imkan daxilində müvəqqəti olaraq Kiyevi tərk etməyə çağırıb.
Kliçkonun sözlərinə görə, 3,6 milyon sakinin həyat təminatı üçün Kiyevə təxminən 1700 meqavat elektrik enerjisi lazımdır. Şiddətli şaxtalar şəraitində şəhərin əhəmiyyətli hissəsi istiliksiz qalıb, elektrik enerjisində isə ciddi çatışmazlıq yaranıb; bəzi rayonlarda elektrik kəsintiləri sutkada 18–20 saat davam edir.
Mer qeyd edib ki, beynəlxalq tərəfdaşlar Kiyevə əlavə generatorlar göndəriblər, lakin təxminən 100 ev hələ də istiliksizdir. Şəhər hakimiyyəti təxminən 1300 isinmə məntəqəsi açıb və enerji təchizatının mərkəzsizləşdirilməsi üçün ayrı-ayrı rayonlarda mini-İES-lərin quraşdırılmasına başlayıb.

