İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trumpun Qəzza zolağındakı münaqişənin və potensial olaraq digər qlobal münaqişələrin tənzimlənməsinə yönəlmiş “Sülh Şurası”na qoşulmaq dəvətini qəbul edib. Bu barədə çərşənbə günü The Times of Israel Baş nazirin ofisinə istinadən məlumat yayıb.
Məlumata görə, Sülh Şurası Trampın təşəbbüsüdür və dünya üzrə münaqişələrin həllini hədəfləyir; fəaliyyətinə Qəzza zolağından başlanması nəzərdə tutulur. Bildirilir ki, şuraya ömürlük olaraq Donald Trampın özü rəhbərlik edəcək.

