"ABŞ müxtəlif üsullardan istifadə edərək İranı kapitulyasiyaya məcbur etməyə çalışır".
Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf xalqa audio müraciətində bildirib. Bu barədə Fars News Agency məlumat yayıb.
Düşmən yeni planına uyğun olaraq dəniz blokad ası, iqtisadi təzyiq və media kampaniyasından istifadə etməklə ölkənin birliyini dağıtmağa çalışır ki, bizi təslim olmağa məcbur etsin, — deyə o bildirib.
Qalibafın sözlərinə görə, Tehranda ölkəyə hərbi hücum riskinin hələ də yüksək olduğu hesab edilir.
Lakin düşmənin cəmiyyətə yönəlmiş planının bir hissəsi İranı daxildən zəiflətməyə hesablanıb, — deyə o vurğulayıb.
Düşmən iqtisadi təzyiqə çox bel bağlayır. Aydındır ki, ona yenidən yanlış məruzələr təqdim edilib və həmin məruzələr əsasında səhv qərar qəbul olunub. Bu səhv qərar isə hamı üçün çətinliklər yaradacaq, — deyə Qalibaf əlavə edib.

