İran hakimiyyəti ölkə vətəndaşlarının iqtisadi problemlərinin həlli üçün bütün mümkün tədbirləri görmək niyyətində olduqlarını bəyan edib.
Bu barədə bazar ertəsi Press TV telekanalı məlumat yayıb
İran Prezidenti Məsud Pezeşkian, İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və İran Məhkəmə Sisteminin rəhbəri Qulam Hüseyn Möhsəni-Ejei birgə bəyanatlarında "gecə-gündüz işləməyə və elit və təhsilli insanların bacarıqlarından istifadə edərək həyat səviyyəsini yaxşılaşdırmağa və iqtisadi problemləri həll etməyə, eləcə də birlik vasitəsilə ictimai təhlükəsizliyi təmin etməyə sadiq olduqlarını" bildiriblər.
Bəyanatda həmçinin vurğulanıb ki, son dövrlərdə baş verən “təxribat xarakterli fəaliyyətlər” İslam İnqilabının uzunmüddətli düşmənləri tərəfindən təşkil edilib və terrorçu ünsürlər tərəfindən həyata keçirilib.

