Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan İran Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.
Den.az xəbər verir ki, görüş Sankt-Peterburqda keçirilən BRİKS Parlament Forumu çərçivəsində baş tutub.
Tərəflər ölkələr arasındakı münasibətləri müzakirə ediblər. Eyni zamanda Ermənistan-İran münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.
Həmsöhbətlər qarşılıqlı maraq doğuran sektorlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıblar.
Ermənistan-İran parlamentlərarası əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik və sülhlə bağlı məsələlər də müzakirə mövzusu olub.
Günəş Fərəh
Den.az
Rubinyan İran Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.