İran hakimiyyəti ölkənin hava məkanında uçuşlarla bağlı daha əvvəl tətbiq edilmiş bütün məhdudiyyətləri ləğv edib.
TASS xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
“Təhlükəsiz şərait yaradıldıqdan və müvafiq qurumlarla lazımi razılaşdırmalar aparıldıqdan sonra uçuşlara qoyulan məhdudiyyətlər ləğv edilib və ölkənin aviasiya fəaliyyəti plana uyğun olaraq tədricən adi iş rejiminə qayıdır”, — deyə bəyanatda bildirilib.

