Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nərimanov rayon bölməsinin sədri, Esmira Sadıxova haqq dünyasına qovuşub.
Bu barədə Den.az-a cəmiyyətdən məlumat verilib.
Uzun illər ərzində sosial fəaliyyətləri, humanitar təşəbbüsləri və insanlara göstərdiyi qayğı ilə yadda qalan sədr, həmkarları və onu tanıyan hər kəs üçün dəyərli bir insan, mərhəmətli bir rəhbər kimi tanınıb. O, ehtiyacı olanların yanında olan, yardımsevərliyi ilə seçilən nadir insanlardan biri idi.
Esmira Sadıxovanın vəfatı yalnız Qızıl Aypara Cəmiyyəti üçün deyil, həm də bütövlükdə cəmiyyətimiz üçün böyük itkidir. Onun əziz xatirəsi daim qəlblərdə yaşayacaq, gördüyü işlər unudulmayacaqdır.
Allah rəhmət eləsin. Ailəsinə və yaxınlarına səbir diləyirik.