Gənc Gizirin Şəhid Olması: Göyşüvan Ürək Dağlayan Veda...
Lənkəran rayonunun Göyşaban qəsəbəsi bu gün ürək dağlayan bir xəbərlə sarsıldı.
Bu barədə Den.az-a qəsəbədən məlumat verilib.
DSX-nin 22 yaşlı gənc giziri Musayev Əsgər Nicat oğlunun , beş illik xidmətini tamamladığı bir vaxtda, Cəbrayılda şəhid olduğu idia olunur. Onun minaya düşdüyü bildirilir. Bu acı xəbər, ailəsi və yaxınları ilə yanaşı, bütün Göyşaban qəsəbəsində dərin kədər və hüzn yaradıb.
Yaxınları bildirir ki, onun kimi gənclərin vətəni qorumaq üçün göstərdiyi cəsarət və əzmkarlıq, hər birimizin qəlbində əbədi bir iz buraxır. Bu itki, yalnızca bir ailənin deyil, bütün millətin itkisi olaraq yaddaşlarda qalacaq.
Şəhidimizin xatirəsi daim ürəklərdə yaşayacaq və onun fədakarlığı gələcək nəsillərə bir nümunə olacaq. Allahdan şəhidimizə rəhmət, ailəsinə isə səbir diləyirik. Onun ruhu şad olsun, vətən yolunda göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq.
Qeyd edək ki, şəhdin hansı şəraitdə şəhid olması barədə hələ rəsmi məlumat yoxdur. Günorta saatlarında dəfn olunması planlaşdırılır.
Əlavə məlumat veriləcək....