Füzuli rayonunda yanğın olub.
Bu barədə Denmedia.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, rayonunun 8 №-li Qayıdış qəsəbəsində ümumi sahəsi 350 m² olan qamış, taxta və dəmir konstruksiyalardan ibarət tövlə 150 m² sahədə, yaxınlıqda yığılan 80 ton ot bağlamasının 20 tonu, sahəsi 140 m² olan birmərtəbəli kitabxananın dam örtüyünün taxta atmaları 2 m² sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb.
Tövlənin, ot bağlamalarının, kitabxananın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.