Rusiyanın Sverdlovsk vilayətində sərxoş kişi həyat yoldaşını qətlə yetirib.
DenMedia.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəhbərinin baş köməkçisi Aleksandr Şulqa RIA Novosti-yə məlumat verib.
Hadisə, ilkin məlumatlara görə, oktyabrın ikinci yarısında baş verib. Şulqanın bildirdiyinə görə, qadın işdən evə qayıtdıqdan sonra ərinə axşam yeməyinin hazırlanmadığı üçün irad bildirib, bu isə aralarında mübahisəyə səbəb olub.
İstintaqın versiyasına əsasən, kişinin sərxoş vəziyyətdə olduğu vaxt baş verən münaqişə faciə ilə nəticələnib.
“Təqsirləndirilən şəxs həyat yoldaşına bir neçə bıçaq zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib,” – deyə Şulqa bildirib.

