Rusiyanın Sverdlovsk vilayətində dəhşətli qətl hadisəsi olub.
Den.az yerli mediaya istinadla bildirir ki, hadisə Perm-Yekaterinburq magistralında qeydə alınıb. Qətlə yetirilmiş 38 yaşlı qadının olduğu avtomobil tapılıb, onun üzərində 80-dən çox bıçaq kəsikləri aşkar edilib.
Vəhşi qətlin üstü molekulyar genetik testlər sayəsində açılıb. Şübhəli şəxs 26 yaşlı Yekaterinburq sakini olub, əvvəllər mülkiyyət cinayətlərinə görə məhkum olunub.
O, taksi sürücüsü işləyən zərərçəkmişi tanıyırmış.
İstintaqın məlumatına görə, iyulun 18-də axşam saatlarında o, sosial şəbəkələr vasitəsilə qadın tanışı ilə əlaqə saxlayıb və o, öz avtomobili ilə görüşə gəlib. Kişi sərxoş olub. Arxa oturacaqda onun maşınına minib və bir müddət sonra bıçaqla qadına hücum edib.
Daha sonra təqsirləndirilən şəxs sükan arxasına keçib, qətlə yetirilmiş dostunun meyiti ilə Yekaterinburq ətrafında gəzib, sonra şəhərdən çıxıb, maşının təkərlərini deşib, avtomobili magistral yolda tərk edib və başqa taksi ilə evə gedib.
Dindirmə zamanı gənc baş verən hər şeyi “sadəcə olaraq beyninə insan öldürmək fikrinin gəlməsi” ilə izah edib.(Lent.az)