Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Gülnarə Aslanbəyli 49 yaşında vəfat edib.
Denmedia.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
G.Aslanbəyli uzun sürən onkoloji xəstəlikdən sonra martın 6-da səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, G.Aslanbəyli 1977-ci ildə anadan olub. O, “The George Washington University School of Business”də magistr dərəcəsini “Təhsil İdarəçiliyi və İnsan İnkişafı” ixtisası üzrə bitirib. G.Aslanbəyli 2020-ci ilin aprelindən “AmCham Azərbaycan”ın icraçı direktoru vəzifəsində çalışırdı.
Ailəli olan G.Aslanbəylinin iki övladı var.
Xatırladaq ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır.

