Ağdərə rayonunun Suqovuşan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində yerli sakin, Vətən müharibəsi veteranı Sadiq Abbaslı xəsarət alıb.
İlkin məlumata görə, ona həmkəndlisi bıçaqla hücum edib. Hadisəyə kişilər arasında yaranan məişət münaqişəsinin səbəb olduğu bildirilir.
Müxtəlif dərəcəli xəsarətlər alan S.Abbaslıya hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra o, müalicəsinin davam etdirilməsi üçün Bərdə Müalicə-Diaqnostika Mərkəzinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.


