Daily Mail-in məlumatına görə, Kolumbiyada hüquq-mühafizə orqanları 36 yaşlı fotomodel Nataliya Vilyalba Anqaritanın qətli ilə bağlı iki əcnəbini axtarır.
Qadının meyiti Kolumbiyanın paytaxtı Boqotada kirayə götürdüyü mənzildə aşkarlanıb.
Məlumata əsasən, polis hadisə yerində öldürülən qadına məxsus şəxsi əşyalar, o cümlədən iki xarici pasport tapıb.
Araşdırma zamanı məlum olub ki, faciədən bir müddət əvvəl həmin mənzildə iki kişi olub. Onlardan birinin ABŞ-nin Texas ştatından olan və sonradan ölkəni tərk edən Amerika vətəndaşı olduğu bildirilir.
Bir neçə gün sonra, iyunun 17-də qadının yanına Böyük Britaniyadan olan kişi gəlib. Ertəsi gün o da mənzili tərk edib.
Müşahidə kameraları həmin şəxsin yataq dəstini camaşırxanaya apardığını qeydə alıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.

