Bakıda çimərlik ərazisində MMA döyüşçüsü və məşqçi Sərxan Vəliyevin meyiti tapılıb.
DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yardımlı rayonundan olan 27 yaşlı Sərxan Yadigar oğlu Vəliyevin meyiti ötən gün saat 19:00 radələrində Şıx çimərliyinin ərazisindəki konteynerdə aşkarlanıb.
Peşəkar idmançının ölüm səbəbi və hadisənin detalları hələlik məlum deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

