Cənubi Koreya millisinin baş məşqçisi Hon Men Bo komandanın dünya çempionatında qrup mərhələsindən sonra mübarizəni dayandırmasından sonra hədələr almağa başlayıb. Bu barədə Actu Foot sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilir ki, sosial şəbəkə istifadəçilərindən biri paylaşım edərək məşqçiyə qarşı zorakılıq niyyətində olduğunu yazıb. Polis artıq hədə faktı ilə bağlı araşdırmaya başlayıb.
Cənubi Koreya millisi dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Cənubi Afrika Respublikasına 0:1 hesabı ilə məğlub olub.
A qrupunda birinci yeri Meksika, ikinci yeri isə Cənubi Afrika Respublikası tutaraq pley-offa yüksəlib. Cənubi Koreya qrupu üçüncü pillədə başa vurub.

