Hindistanın qərbində yerləşən Qucarat ştatında şir 11 yaşlı zəvvara hücum edib.
Bu barədə “Hindustan Times” məlumat yayıb.
Bildirilib ki, uşaq ailəsi ilə birlikdə müqəddəs Girnar dağına pilləkənlərlə qalxarkən şirin hücumuna məruz qalıb. Yırtıcı uşağı meşəyə aparıb.
İlkin ehtimala görə, şirin aqressiyasına zəvvarların davranışı səbəb olub. Onların heyvana fənərlə işıq saldığı, onu qıcıqlandırdığı və yüksək səslə qışqırdığı bildirilir.
Axtarış zamanı uşağın parçalanmış meyiti meşədə tapılıb.
Meşə təsərrüfatı əməkdaşları üç şiri tutaraq əlavə müayinə üçün Sakkarbauq zooparkına göndəriblər.

