Bakının Xətai rayonunda mənzillərin birindən 4 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polis araşdırma aparıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 47 yaşlı N.Məmmədova saxlanılıb.
Araşdırma zamanı saxlanılan qadının zərərçəkmiş şəxsin qohumu olduğu müəyyən edilib.
Polisin məlumatına əsasən, qadın oğurladığı qızıl-zinət əşyalarını daha sonra satıb.
Faktla bağlı araşdırma davam etdirilir.

