Yasamal rayonunda mənzildən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən 52 yaşlı N. Babayeva müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.

