Azərbaycanlı qarışıq döyüş növləri idmançısı Rafael Fiziyev, həmçinin Asu Almabayev Qazaxıstan, Abdul-Rəhman Yəhyayev Türkiyə və Daniil Donçenko Ukrayna UFC Bakı turnirində “Gecənin ən yaxşı çıxışı” bonusuna layiq görülüblər.
DenMedia.az report-a istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən UFC turnirinin yekunlarına əsasən məlum olub.
Dörd döyüşçünün hər biri 100 min ABŞ dolları məbləğində bonus ödənişi alacaq.
Bundan başqa, döyüşü vaxtından əvvəl başa çatdıran, lakin “Gecənin ən yaxşı çıxışı” bonusunu qazanmayan hər bir idmançıya əlavə olaraq 25 min ABŞ dolları ödəniləcək.

