3 mart tarixində Dubay–Bakı marşrutu üzrə “Flydubai” aviaşirkətinin biletlərinin qiyməti kəskin artıb.
Səhər reysi üçün biletlər 2 617 dirhəmdən (təxminən 1 210 manat) başlayır. Axşam reysi isə 1 278 dirhəmdən (təxminən 590 manat) təklif olunur.
Məlumata görə, axşam reysi üzrə satışda cəmi bir bilet qalıb.
Beləliklə, artan tələbat fonunda Dubay–Bakı istiqamətində uçuş qiymətləri faktiki olaraq yüksəlib və minimal tariflə olan yerlər sürətlə tükənir.

