Dubaydakı Julith Coffee kafesi menyusuna qiyməti 3600 dirhəm olan nadir qəhvə əlavə edib. Bu barədə The Independent məlumat yayıb.
Qəhvə Panamanın qərbində yerləşən əlçatmaz Bari vulkanının ətəklərində yetişdirilən, son dərəcə nadir Geisha Nido 7 sortundan hazırlanır. Bu çeşidin hər mikrolotu yalnız bir neçə kilo məhsul verir.
Kafe sahibi Julith Panamada keçirilən xüsusi hərracda cəmi 20 kiloqram Nido 7 əldə etməyə nail olub. Lot uğrunda sürəkli mübarizə gedib — yüzlərlə alıcı yarışıb və 549 təklifdən sonra qiymət 2,2 milyon dirhəmə qədər yüksəlib.
“Nido 7 qəhvəsi dünyada bu günə qədər satılan ən bahalı mikrolot hesab olunur”, — deyə hərrac təşkilatçıları bildiriblər.
Kafedə bu qəhvədən təxminən 400 fincan hazırlanacağı gözlənilir. Onlardan biri artıq Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid Al Maktum üçün ayrılıb.

