Zamana meydan oxuyan hamar və parlaq dəriyə sahib olmaq üçün mütləq böyük məbləğlər xərcləmək lazımdır? 70 yaşını tamamlayan və görünüşü ilə hər kəsi təəccübləndirən Joy üçün cavab qətidir: “xeyr”.
Yaşından təxminən 20 il gənc görünən bu qadının paylaşdığı resept sosial mediada sürətlə yayılaraq müzakirə mövzusuna çevrilib. 70 yaşlı Joy bahalı kremlərə ehtiyac olmadığını deyir. Onun fikrincə, qliserin əsaslı ev qarışığı və davamlı, sadə dəri baxım rutini illərə meydan oxumağa kömək edir.

“PureJoy Collection”un təsisçisi olan Joy TikTok-da minlərlə izləyicisi ilə öz “gənclik sirrini” bölüşüb. “Posta” qəzetinin məlumatına görə, o bildirib:
“18 yaşımdan bəri öz nəmləndiricimi hazırlayıram.”
Joy bu resepti necə tapıb? Onun sözlərinə görə, hər şey parlaq dəriyə sahib yaşlı bir qadınla tanışlıqdan sonra başlayıb:
“Məni heyran edən, möhtəşəm dəriyə sahib yaşlı bir qadınla tanış olmağım idi. Ondan ‘Dəriniz üçün nə istifadə edirsiniz?’ deyə soruşdum. O isə həmişə qliserin istifadə etdiyini söylədi. Mən də qliserinlə sınaqlara başladım.”
İzləyicilər heyrətlərini gizlədə bilmir. Şərhlərdən biri belədir:
“70? Yəni 7x10? İnanılmaz. Möhtəşəm görünürsünüz.”
Joyun “Dəri Parladan Qarışım” adlandırdığı resept dörd əsas və bir əlavə tərkibdən ibarətdir. Əsas komponent bitki mənşəli qliserindir. Suyu özünə çəkən, qoxusuz və təhlükəsiz bu maddə apteklərdə və onlayn platformalarda münasib qiymətə satılır.
JOYUN EV ŞƏRAİTİNDƏ HAZIRLANAN “GƏNCLİK FORMULU”:
• 1 stəkan şi yağı
• 3 xörək qaşığı gənəgərçək yağı
• 3 xörək qaşığı qliserin (üzvi bitki mənşəli tövsiyə olunur)
• Bir neçə damcı efir yağı
• Yarım çay qaşığı E vitamini yağı (istəyə görə)

Hazırlanması:
Bütün inqrediyentləri hamar krem konsistensiyası alınana qədər çalın. Qarışımın soyuducuda saxlanılması tövsiyə olunur.

