Sankt-Peterburq Psixiatriya Xəstəxanasının psixiatr-psixoterapevti Alina Popoviç bildirib ki, yeni hobbilər və dost çevrəsi insanı tərəfdaşını daim nəzarətdə saxlamaq istəyindən uzaqlaşdıra bilər. O, bu barədə NEWS.ru-ya açıqlamasında danışıb.
Tərəfdaşın yazışmalarını yoxlamaq, harada olduğunu və kiminlə ünsiyyət qurduğunu soruşmaq çox vaxt qayğı kimi təqdim olunur. Lakin əslində bunun arxasında narahatlıq və itirmək qorxusu dayanır.
Mütəxəssis qeyd edib ki, həddindən artıq nəzarət münasibətləri gücləndirmir, əksinə aradakı məsafəni artırır. Daim hesabat tələb olunan münasibətlərdə zamanla etibar və yaxınlıq hissi zəifləyir.

Nəzarətdən uzaqlaşmaq üçün insanın öz maraqları, dostları və şəxsi məqsədləri olmalıdır. Bu, daxili sabitlik yaradır və münasibətlərə daha sağlam yanaşmağa kömək edir.


