Daimi videozənglər tükənməyə səbəb ola bilər. Bu barədə “Gazeta.Ru”ya neyropsixoloq Svetlana Pulya bildirib.
O izah edib ki, bu vəziyyət qavrayış xüsusiyyətləri ilə bağlıdır.
“Videozəng zamanı beyin həddindən artıq vizual məlumatı emal edir: bir neçə üz, fonlar və insanın öz görüntüsü. Eyni zamanda qeyri-verbal siqnallar gecikmə, rakurs və işıqlandırma səbəbindən təhrif olunur və onların anlaşılması əlavə enerji tələb edir.”
Mütəxəssis vurğulayıb ki, daimi göz təması səbəbindən beyin daha çox gərginlik yaşayır. Onun sözlərinə görə, bu vəziyyət özünü izləmə yükünü də artır — insan daim necə göründüyünü və necə davrandığını nəzarətdə saxlayır.

