Hadisələrin başqa cür inkişafı barədə fantaziyalar qurmaq normaldır, əgər bu, real həyatı pozmursa. Bu barədə neyropsixoloq Svetlana Pulya “Gazeta.Ru”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, belə düşüncələr emosional boşalmanı təmin edə və insanı yeni hobbilər axtarmağa sövq edə bilər. Lakin mütəxəssis xəbərdarlıq edir ki, əgər fantaziyalar işə, təhsilə və münasibətlərə mane olursa, insan işlərini təxirə salaraq xəyali ssenarilərə qapılırsa və bundan sonra özünü daha pis hiss edirsə, bu artıq narahatedici haldır. Pulya qeyd edib ki, reallıq insan üçün mənasız və boz görünürsə, xəyalların axınına nəzarət etmək mümkün olmursa, bu, dezadaptiv fantaziyalaşdırma adlanan fenomen ola bilər. Bu, rəsmi diaqnoz sayılmasa da, aktiv şəkildə öyrənilir və diqqət tələb edir. Eyni zamanda, psixoloq Elvira Jdanova kişini öz mənzilində yaşatmağın riskli addım ola biləcəyini bildirib. Onun sözlərinə görə, ayrılıq halında tərəfdaş mənzil təmiri və ya mebelə xərclədiyi vəsaiti geri tələb edə bilər.
Xəyallar nə vaxt təhlükəli hala çevrilir?
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

