Həyatımızın şərtləri daim dəyişir: bəzən bizi uğurun zirvəsinə qaldırır, bəzən isə aşağı — pis əhvala və bizə ümidsizlik kimi görünən vəziyyətə salır. Amma ümidsizliyə qapılmağa dəyərmi? Axı insan hər an taleyin sevimlisinə çevrilə bilər.
Bəs 5 iyunda hansı bürcün bəxti gətirəcək?
İş həftəsinin sonuna yaxınlaşmasına baxmayaraq, bu gün peşəkar xarakterli yeni layihələrin həyata keçirilməsinə başlamaq üçün əlverişli sayılır. Sözlə kifayətlənməyib real addım atanlar üçün şərait maksimum dərəcədə uğurlu formalaşa bilər.
Uğura çatmağın əsas şərti öz gücünə inanmaq və qarşıya qoyulan məqsədin düzgünlüyünə əmin olmaqdır. Bunlar yoxdursa, ciddi addım atmamaq daha yaxşıdır.
Həmçinin gözlənilməz, amma tamamilə layiqli maddi qazanc əldə etmək ehtimalı da var. Bu pulu faydalı şəkildə xərcləmək vacibdir. Çünki xoş təsadüf nəticəsində gələn məbləğin lazımsız xırda şeylərə sərf olunması sonradan təəssüf yarada bilər.
Dolça
Dolçalar yeni, daha yüksək vəzifəyə keçmək və ya hətta fəaliyyət sahəsini tamamilə dəyişmək təklifinə çox diqqətlə yanaşmalıdırlar.
İlk baxışda bu təklif bürc nümayəndələrinə şübhəli görünə bilər, çünki onların hazırkı peşə fəaliyyəti ilə tam uyğun gəlməyə bilər. Lakin yenə də belə bir inkişaf ehtimalı üzərində düşünmək məsləhətdir.
Çünki bu variantın müsbət tərəfləri mənfi tərəflərindən daha çox ola bilər. Təklifin maddi tərəfi isə böyük ehtimalla dəyişiklik qərarını daha cəlbedici edəcək.

