Albalı və ya gilas alarkən yalnız rənginə, qoxusuna və saplağına baxmaq kifayət deyil. Mütəxəssislər bildirirlər ki, meyvənin üzərindəki kiçik çatlar və əziklər də ciddi siqnal ola bilər.
Bir çox alıcı gilas seçərkən əsasən onun parlaq və doymuş rəngdə olmasına, saplağının yaşıl və elastik qalmasına, qoxusunun isə təzə və təbii olmasına diqqət edir. Lakin mütəxəssislərə görə, bu göstəricilər normal olsa belə, meyvənin səthindəki zədələr nəzərdən qaçırılmamalıdır.

Bu barədə “Zdorovye.ru”ya açıqlamasında dietoloq, tibb elmləri namizədi Darya Rusakova bildirib.
Onun sözlərinə görə, zədələnmiş və yaxşı yuyulmamış giləmeyvələrin üzərində salmonellyoz törədiciləri, helmintlər və həşərat sürfələri ola bilər. Bundan başqa, meyvələrdə qalan kimyəvi maddələr və pestisid qalıqları da zəhərlənməyə səbəb ola bilər.

Mütəxəssis həmçinin xatırladıb ki, giləmeyvələri sertifikatlaşdırılmış və yoxlanılmış satış məntəqələrindən almaq daha təhlükəsizdir. Belə yerlərdə məhsullar ciddi nəzarətdən keçirilir.

