Son illər geniş yayılan Dubay üslublu şokolad – püstə və tahini pastası ilə hazırlanan bu şirniyyat – artıq adi marketlərdə belə satılır. Lakin mütəxəssislər allergiyası olan insanlara bu məhsuldan uzaq durmağı tövsiyə edirlər. Bu barədə The Independent nəşrinə danışan qida təhlükəsizliyi ekspertləri xəbərdarlıq edib.
Mütəxəssislərin sözlərinə görə, aparılan yoxlamalar zamanı bəzi Dubay şokoladı nümunələrinin tərkibində etiketdə göstərilməyən allergenlər aşkar olunub.
Ən çox rast gəlinən riskli maddələr bunlardır:
-
yerfısdığı
-
küncüt
Allergiyası olan şəxslər üçün bu maddələrin çox kiçik izləri belə ani və ağır reaksiyalara səbəb ola bilər. Buna görə də xüsusilə az tanınan istehsalçıların məhsullarından uzaq durmaq tövsiyə olunur.
Dubay şokoladı alarkən nələrə diqqət etməli?
Allergiyası olmayanlar üçün belə şokolad yalnız etibarlı brendlərdən və aydın tərkib siyahısı olan məhsullar arasından seçilməlidir.
Hədiyyə məqsədilə alarkən isə mütəxəssislər aşağıdakılara diqqət yetirməyi məsləhət görür:
-
qarşı tərəfin qida allergiyasının olub-olmaması,
-
şokoladın haradan alındığı,
-
tərkib və mənşə məlumatlarının açıq göstərilməsi.
Ekspertlər vurğulayır ki, “trend” olan hər məhsul hər kəs üçün təhlükəsiz demək deyil.

