Qarın nahiyəsində artıq piylənmə qaraciyər xəstəliklərinin yaranma riskini artıra bilər.
Bu barədə Moskva vilayətinin Krasnoqorsk Klinik Xəstəxanasının terapevti Alina Babenko NEWS.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, əsas təhlükə daxili orqanların ətrafında toplanan visseral piydir. Bu piy maddələr mübadiləsini poza və qaraciyərin fəaliyyətinə mənfi təsir göstərə bilər.

Babenko qeyd edib ki, artıq çəki qaraciyər xəstəliklərinin əsas risk amillərindən biridir. Lakin burada təkcə bədən çəkisi deyil, piyin hansı nahiyədə toplanması da mühüm rol oynayır.
“Qarın nahiyəsində toplanan visseral piy toxumaların insulinə həssaslığına təsir edir. Nəticədə qana daha çox sərbəst yağ turşusu daxil olur və onların bir hissəsi qaraciyərə yönəlir. Qaraciyər bu miqdarda piyi emal edə bilmədikdə, piy qaraciyər hüceyrələrində toplanmağa başlayır”, – deyə həkim izah edib.

