Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sumqayıt şəhər Komitəsinin sədri, tanınmış şair Əşrəf Veysəlli 88 yaşında dünyasını dəyişib.
DenMedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Elvin Əlizadə məlumat yayıb.
Bildirilib ki, Əşrəf Veysəlli bu gün "Sumqayıt Hospital"da vəfat edib.
Qeyd edək ki, Əşrəf Veysəlli 1938-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndində anadan olub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra Sumqayıtda işləməyə başlayıb, o vaxtdan da bu şəhərdə yaşayıb. Ötən əsrin 50-ci illərindən ədəbi mühitdə olub.

