Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi mərhələli şəkildə davam etdirilir.
Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə müxtəlif bölgələrdə – əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köçürülür.
Hazırkı mərhələdə Horovlu kəndinə 30 ailə – ümumilikdə 115 nəfər qayıdır.
Doğma torpaqlarına dönən sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə təşəkkür edib, bu yolda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

